“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qayıdış” gənc qazilər üçün sosial-psixoloji dəstək layihəsi həyata keçiriləcək.
Layihənin əsas məqsədi Vətən müharibəsində döyüş əməliyyatları nəticəsində gənc qazilərimizdə yaranan psixoloji travmaların xüsusi təlimlər və görüşlər vəsitəsilə aradan qaldırmaq və onların sosial-psixoloji reabilitasiyasını həyata keçirərək əvvəlki normal həyatlarına qayıtmalarına kömək olmaqdır.
Layihə çərçivəsində gənc qazilər üçün peşakar təlimçilərin iştirakı ilə motivasiya, psixoloji dəstək təlimləri keçiriləcək və tanınmış simaların iştirakı ilə motivasiya xarakterli görüşlər baş tutacaqdır.
Sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan və layihədə iştirak etmək istəyən gənc qazilərimiz (18-29 yaş) qeydiyyatdan keçə bilər.
Qeydiyyat üçün link: https://cutt.ly/8z5Lpo2