4 fevral tarixində “De-Qayıdış” Debat Müsabiqəsinin açılış mərasimi baş tutub.
Açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, Milli Məclisin deputatları Ceyhun Məmmədov, Vüqar Bayramov, Şahin Seyidzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Qarabağ qazisi Əhliyət Mehdiyev, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Ülviyyə Axundova, gənclər təşkilatlarının nümayəndələri və 100-dən çox gənc iştirak edib.
Debat müsabiqəsi barədə ətraflı məlumat və mərhələlər DVC səhifəsində paylaşılıb.