Əziz gənclər,
“Fərdi inkişaf və motivasiya” vebinarı ilə qarşınızdayıq
“Böyük Qayıdış” #könüllülükproqramı çərçivəsində həyata keçiriləcək növbəti vebinarımızın təlimçisi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş koordinatoru, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətovdur.
Vebinarda dəyərli spikerimiz könüllülüyün fərdi inkişafa təsiri, könüllü fəaliyyətdə motivasiyanın rolu mövzularında fikirlərini sizinlə bölüşəcək və suallarınızı cavablandıracaqdır.
Vebinarda iştirak üçün qeydiyyatdan keçin.
Qeydiyyat üçün link: https://cutt.ly/BneVJz3
Qeydiyyat üçün son tarix: 28.05.2021, 23:59
Görüşün keçiriləcəyi platforma: ZOOM.us