“Böyük Qayıdış” Gənclər Təşkilatı PR menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Təşkilatın PR strategiyasının qurulması və həyata keçirilməsi;
- Təşkilatın sosial media hesablarının idarə edilməsi;
- Aylıq post planın hazırlanması;
- Sosial media hesabatlarının hazırlanması;
- Press-relizlərin yazılması;
- PR materiallarının KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
- KİV və tərəfdaş təşkilat/qurumlar ilə işgüzar əlaqələrin inkişaf etdirilməsi;
- Təşkilatın brendinin bütün PR materiallarında düzgün istifadə olunmasının tənzimlənməsi;
- Promo məhsulların və digər çap materiallarının dizaynının hazırlanmasına nəzarət və sifarişi;
- Sayta elan və xəbərlərin yerləşdirilməsi;
- PR təkliflərin hazırlanması və icrası.
Tələblər:
- Ali təhsil (müvafiq sahədə ali təhsil üstünlükdür)
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Kommunikasiya və təqdimat bacarığı;
- Komanda da işləmək bacarığı;
- İşə həvəsli, məsuliyyətli və diqqətli olmalı;
- Araşdırma və təhlil etmək bacarığı olmalı;
- Yaradıcı, yenilikçi və təşəbbüskar olmalı;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl səviyyədə yazı bacarığı və şifahi ünsiyyət qurma bacarığı;
- Rus və ingilis dili biliyi əlavə üstünlükdür.
Əlavə məlumat:
- İş saatları: 09:00 – 18:00
- İş günləri: I-V günlər
- İş yeri: Globus Centre
Uyğun namizədlər öz CV-lərini “PR menecer” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.